“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

09 aprel 2021, 14:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.15-ci bənddə “yaxın qohumu” sözləri “qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri ilə əvəz edilsin;

1.2. 2.18.8-ci yarımbənddə “yaxın qohumunu” sözləri “qohumunu” sözü ilə əvəz edilsin;

1.3. 3.4-cü bənddə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin;

1.4. 11.7-ci bəndə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri əlavə edilsin və həmin bənddə “uçota alındıqdan” sözləri “onlar uçota alındıqları gündən” sözləri ilə əvəz edilsin;

1.5. 15.1-ci bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;

1.6. 15.2-ci bənddə “bu Məcəllənin” sözləri “Ailə Məcəlləsinin” sözləri ilə əvəz edilsin;

1.7. 15.3-cü bənddə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2021-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55