Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə

08 dekabr 2020, 14:02

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 08 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Ordusuna Yardım Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir (bundan sonra – Müdafiə Nazirliyi).

2. Fondun maliyyə mənbəyi

2.1. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

2.2. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

3. Fondun vəsaitindən istifadə istiqamətləri

3.1. Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:

3.1.1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

3.1.2. hərbi texnika, silah və sursatın alınması;

3.1.3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

3.1.4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

3.1.5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

3.1.6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

3.2. Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

4. Fondun vəsaitinin toplanması və istifadəsi

4.1. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra – Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.

4.2. Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.

4.3. Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.

4.4. Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulmuş əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.

4.5. Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirir.

5. Yekun müddəalar

5.1. Dövlət Xəzinədarlıq Agentliyi Fondun vəsaitindən istifadəyə və Fondun hesablarında qalan xərclənməmiş vəsaitə dair hesabatları ayda bir dəfə Müdafiə Nazirliyinə təqdim edir.

5.2. Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
17:12
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

28 aprel 2026, 17:12
SƏNƏDLƏR Qanunlar 28 aprel 2026
13:57
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

28 aprel 2026, 13:57
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:56
“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında...

28 aprel 2026, 13:56
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:55
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

28 aprel 2026, 13:55
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
13:54
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

28 aprel 2026, 13:54
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
12:03
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik)...

28 aprel 2026, 12:03