“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

03 dekabr 2020, 16:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2272; 2018, № 6, maddə 1201; 2020, № 2, maddə 102, № 4, maddə 414, № 5, maddə 545) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.5-ci bənddə ikinci halda “mülkiyyətinə (balansına)” sözləri “və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

1.2. 11.1-ci bənddə “tələblərinə” sözü “7.5-ci bəndinə” sözləri ilə, “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

1.3. 11.2-ci bənddə “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55