16:45
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD və 175-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddəyə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Zəfər” ordeni;
“Qarabağ” ordeni;”;
1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Cəsur döyüşçü” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı;
“Xocavəndin azad olunmasına görə” medalı;
“Füzulinin azad olunmasına görə” medalı;
“Zəngilanın azad olunmasına görə” medalı;
“Qubadlının azad olunmasına görə” medalı;
“Şuşanın azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Ağdamın azad olunmasına görə” medalı;
“Laçının azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı;
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;”.
Maddə 2. “Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu” və “Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu” və “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 4. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 5. “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəsur döyüşçü” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 6. “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 7. “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 8. “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 9. “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 10. “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 11. “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 12. “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 13. “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 14. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 15. “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 16. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 17. “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 18. “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci...
01 may 2026, 12:45Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...
01 may 2026, 12:44Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)...
30 aprel 2026, 16:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar...
30 aprel 2026, 16:372026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur.
Dünya mədəni irs...
30 aprel 2026, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu...
30 aprel 2026, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal...
29 aprel 2026, 16:51Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə...
29 aprel 2026, 16:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...
29 aprel 2026, 16:49Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan...
29 aprel 2026, 16:48