İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir

09 may 2012, 14:00
İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Prezident İlham Əliyevə məlumat verdi ki, yeddi mərtəbədən ibarət yeni bina ən müasir tələblər səviyyəsində inşa edilmişdir. Ümumi sahəsi 5 min kvadratmetr olan bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilmişdir. Müasir memarlıq üslubunda yüksək zövqlə inşa olunmuş binanın interyeri Azərbaycanın zəngin təbiətini əks etdirən fotolarla bəzədilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin üç müşavirə zalı, arxiv, rabitə otaqları, yeməkxana, 25 avtomobillik yeraltı qaraj da yaradılmışdır.

Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycanın dövlət rəmzlərinin əks olunduğu stendlər yaradılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoguşə vardır. Fotoguşədə ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Nəsimi rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotolar böyük maraq doğurur.

Dövlət başçısına binada quraşdırılan elektron idarəetmə və məlumat bazası barədə məlumat verildi. Bildirildi ki, Prezident İlham Əliyevin “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin qəbulu da reallaşacaqdır. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər.

Prezident İlham Əliyev vətəndaşların qəbulu otağı ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün burada geniş imkanlar vardır. Qəbul otağında ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi barədə maraqlı kitablar toplanmışdır. 300 yerlik akt zalı ən müasir standartlar səviyyəsində qurulmuşdur.

Müşavirə zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada bütün lazımı inventar və avadanlıq quraşdırılmışdır. 65 yerlik müşavirə zalındakı şərait ən müasir tələblərə cavab verir. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkan yaradılmışdır. Binada ekspo-mərkəz də vardır. Mərkəzdə paytaxtımızın keçmiş və müasir vəziyyətini əks etdirən maraqlı fotolar yerləşdirilmişdir. Gələcəkdə burada rayon məktəblilərinin müxtəlif sərgilərinin keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə rayonun maketinə baxan dövlətimizin başçısına məlumat verildi ki, maket xüsusi proqramla təchiz edilmişdir. Rayon ərazisində yerləşən bütün tikililər barədə proqram vasitəsilə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılmışdır. Rayon ərazisində hər hansı bir hadisə baş verdikdə mərkəzdə yaradılan şərait birbaşa xüsusi proqram vasitəsi ilə aidiyyəti orqanlarla qısa zamanda videoəlaqənin yaradılmasına imkan verir.

Dövlət başçısına rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev yeni inzibati binanın qarşısında əsaslı təmir edilən parkla tanış oldu.

Bildirildi ki, bu ərazidə geniş yenidənqurma işləri həyata keçirilmiş, ətraf abadlaşdırlmışdır. Ümumi sahəsi 6 min 760 kvadratmetr olan parkın 4 min 560 kvadratmetr ərazisi tamamilə yenidən qurulmuşdur. Parkda geniş yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmış, sakinlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42