İlham Əliyev Ağstafada Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

12 aprel 2012, 15:20
İlham Əliyev Ağstafada Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını, eləcə də Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərən karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi quraşdırılmışdır. İkinci mərtəbədə kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılmışdır. Ən son avadanlıqdan istifadə olunmuş salonda ümummilli liderimiz Heydər Əliyevin “Sərrast atıcı qələbənin təminatçısıdır” kəlamı başlıca meyar götürülərək gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomat və tapançadan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır.

Bildirildi ki, Azərbaycan Atıcılıq Federasiyası respublikamızın regionlarında atıcılığın Olimpiya idman növləri üzrə perspektivli gənclərin aşkar olunması və onların bu sahədə inkişafı istiqamətində hərtərəfli kömək göstərilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bundan başqa, mərkəzdəki 3D formatlı sinema klub da orijinallığı ilə diqqəti cəlb edir. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılmış, 2D və 3D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılmışdır. Burada yüksək sürətli internet-kafe də fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, mərkəzin yaxınlığında 260 yerlik yay kinoteatrı və diskoteka meydançası tikilmişdir. Bu obyekt Heydər Əliyev adına mədəniyyət və istirahət parkına üz tutan yerli sakinlərin və qonaqların rahatlığının təmin edilməsi üçün əlavə imkan yaradır.

Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20