İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

09 aprel 2012, 19:00
İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev  Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğuladı. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun ölkəmizə səfərinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Xanım Valentina Matviyenko ölkəmizə səfəri zamanı ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. O, Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ötən ilin dekabrında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının qərarı ilə təşkilatın “Birlik” ordeninə layiq görüldüyünü dedi və ordeni dövlətimizin başçısına təqdim etdi.

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının yüksək ordeni ilə təltif olunması ilə bağlı təşkilatın qərarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bunu MDB məkanında əməkdaşlığın genişləndirilməsində Azərbaycanın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdi. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42