İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir

13 mart 2012, 17:40
İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Layihəyə 5 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.

Qeyd edildi ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı “Aqrolizinq” ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınmışdır. Komplekslərin tikintisinə 2011-ci ildə başlanmışdır. Layihənin icrası nəticəsində 60 nəfər işlə təmin olunmuşdur.

Bildirildi ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaqdır. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcəkdir. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulmuşdur.

“Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30