İlham Əliyev Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

09 mart 2012, 19:20
İlham Əliyev Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Prezidenti İlham Əliyev Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Tofiq Bəhrəmov adına Stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının “Samhoa” şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaqdır. Burada “ailə otağı” adlanan 16 xüsusi otaq inşa olunacaqdır.

Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompyuterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaqdır. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcəkdir.

Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olundu. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirildi. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaqdır.

FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcəkdir. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svalyarla bərkidiləcəkdir. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər, 90 ton yük götürəcəkdir.

Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcəkdir. Stadionun girişində turniketlər qurulacaqdır. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcəkdir. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcəkdir.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 23 iyul 2026
13:30
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

23 iyul 2026, 13:30
SƏNƏDLƏR Fərmanlar 23 iyul 2026
13:25
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun tətbiqi və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il...

23 iyul 2026, 13:25
SƏNƏDLƏR Sərəncamlar 23 iyul 2026
13:15
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 iyul 2026, 13:15
SƏNƏDLƏR Fərmanlar 23 iyul 2026
13:10
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş...

23 iyul 2026, 13:10
SƏNƏDLƏR Qanunlar 23 iyul 2026
13:05
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində...

23 iyul 2026, 13:05
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24