İlham Əliyev Çilinin keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşmüşdür

05 mart 2012, 19:35
İlham Əliyev Çilinin keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşmüşdür

Prezident İlham Əliyev Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşmüşdür.

Dövlət başçısı Rikardo Laqosun Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri Yüksək səviyyəli II iqtisadi-siyasi Forumda iştirakının önəmini qeyd etdi.

Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqos Forumun sessiyasında Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı göstəricilərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55