İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti Uilfrid Martens ilə görüşmüşdür

14 fevral 2012, 23:45
İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti Uilfrid Martens ilə görüşmüşdür

Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirildi.

Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş “Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransın əhəmiyyəti qeyd edildi.

Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulandı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55