İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur

26 yanvar 2012, 22:30
İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur.

Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğuladı. Bildirdi ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğuladı.

Görüşdə “Microsoft”un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alındı. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55