İlham Əliyev paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişdir

30 dekabr 2011, 21:30
İlham Əliyev paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişlər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, dövlətimizin başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində xüsusi dizaynla salınan parka üç tərəfdən giriş vardır. Bildirildi ki, əvvəllər sənaye müəssisələrinin yerləşdiyi bu ərazi uzun illər baxımsız vəziyyətdə olmuşdur. İndi burada salınmış əzəmətli park şəhərimizin ən maraqlı istirahət guşələrindən biridir. Nadir ağacların və gül kollarının əkildiyi parkda istirahət üçün hər cür şərait yaradılmışdır.

Parkda 65 müasir oturacaq qoyulmuş, 82 işıq dirəyi quraşdırılmışdır.

Dövlətimizin başçısına və xanımına parkın ərazisində fəaliyyət göstərəcək müxtəlif iaşə obyektləri barədə də məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın və yaxınlıqdakı yaşayış binalarının eskiz layihələri ilə tanış oldular.

Bildirildi ki, ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəkdir. Görülən işlər nəticəsində bu ərazi müasirləşən paytaxtımızın gözəl guşələrindən birinə çevriləcəkdir.

Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində quraşdırılmış musiqili alov fəvvarə kompleksi ilə tanış oldular. Bildirildi ki, fəvvarədə quraşdırılmış işıq sistemi parka ecazkar gözəllik bəxş edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqili alov fəvvarə kompleksinin idarəetmə mərkəzinə baxdılar.

Diqqətə çatdırıldı ki, kompleks bu mərkəzdən avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunur. Fəvvarənin postamenti yumru təpəcikdən ibarətdir. Musiqili alov fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllurdan və paslanmayan metaldan hazırlanmışdır. Tikinti işlərinə ABŞ, Almaniya və İngiltərə şirkətləri cəlb olunmuşdur. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirmişlər. Musiqili alov fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır. Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Audio-video sisteminin qurulduğu musiqili alov fəvvarə kompleksi lazer projektorları ilə işıqlandırılır.
Sonra dövlətimizin başçısı və xanımı musiqili alov fəvvarəsinin müxtəlif görüntülərini izlədilər.

Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42