14:00

Prezident İlham Əliyev Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olmuşdur.
Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görülür.
Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi, çoxzolaqlı prospektin kənarında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur ki, bu da ekoloji tarazlığın qorunmasına və parkda insanların rahat istirahətinə xidmət edəcəkdir. Parkda xeyli sayda müxtəlif növ dekorativ ağac və kol, o cümlədən rəngbərəng güllər əkilmişdir. Burada həmişəyaşıl bitki növlərinə daha çox üstünlük verilmişdir. Güllərdən buta şəkilli kompozisiya yaradılmışdır. Parkda xüsusi drenaj sistemi qurulmuş, torpaq örtüyü orqanik materiallarla zənginləşdirilmişdir. Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda “Suyun nağılı” fəvvarələr sistemi qurulmuşdur. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz dövriyyəsini təmin etmək məqsədi ilə ərazidə 2 su anbarı və təmizləyici sistemlər yaradılmışdır. Parkda suvarma işləri avtomatik damcı sistemi ilə həyata keçirilir. Döşəmələrdə İtaliyadan gətirilən luzanna tipli daşlardan, qara Afrika mərmərindən istifadə olunmuşdur. İşıqlandırma və su sistemlərinin işinin fasiləsizliyi məqsədi ilə 630 kilovoltluq yeni yarımstansiya qurulmuşdur. Xüsusi layihə əsasında qurulan işıqlandırma sistemi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir.
Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadının da əsaslı şəkildə yenidən qurulduğu bildirildi. Fasadın yenidən qurulmasında milli ornamentlərdən istifadə edilmişdir. İnşaat işlərində Türkiyə istehsalı olan limra daşından istifadə edilmişdir.
Dövlət başçısı istifadə olunan inşaat materiallarının keyfiyyəti ilə maraqlandı.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin...
12 iyun 2025, 13:20Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə...
12 iyun 2025, 11:02Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək...
12 iyun 2025, 11:00Hörmətli iclas iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...
12 iyun 2025, 10:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,...
11 iyun 2025, 16:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
11 iyun 2025, 15:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...
11 iyun 2025, 13:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və...
10 iyun 2025, 16:49Hörmətli cənab Navrotskiy,
Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram...
10 iyun 2025, 15:44PDF yükləyin
10 iyun 2025, 15:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...
10 iyun 2025, 15:40