İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir

29 dekabr 2011, 18:00
İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq paytaxtın müxtəlif rayonlarında müasir tələblərə cavab verən yol ötürücüsü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Buzovna, Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna yol ötürücüsü və tunelinin inşası da paytaxtın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərdəndir.

Nəqliyyat nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan Buzovna qovşağında tikinti işləri “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov Buzovna qovşağının texniki göstəriciləri barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, tunelin ümumi uzunluğu 365, eni 17, qapalı hissənin uzunluğu isə 41 metrdir. Yol ötürücüsünün və tunelin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunmuşdur. Yol ötürücüsü 9 bal gücündə zəlzələyə davamlılığa hesablanmışdır. İki zolaqdan ibarət yol ötürücüsünün eni 5 metrdir. Sakinlərin təhlükəsizliyi üçün burada piyada keçidinin də inşa olunduğu bildirildi. Keçiddə və tuneldə yağış sularının axıdılması üçün drenaj xətləri çəkilmiş və nasoslar quraşdırılmışdır.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 13 iyun 2025
13:30
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...

13 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36