Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 93 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1997-ci il 5 iyun tarixli 595 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14 avqust 2020, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 641) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinin birinci cümləsində “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 642; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761; 2018, № 3, maddə 412) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”nin 27-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasında “III qrup əlili” sözləri “III dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. dördüncü abzasa “57-ci maddəsinin ikinci hissəsində,” sözlərindən sonra “74-cü maddəsinin “Qeyd” hissəsində,” sözləri, “96-cı maddəsinin 3-cü hissəsində,” sözlərindən sonra “98-ci maddəsinin 2-ci hissəsində,” sözləri və “263-cü” sözlərindən əvvəl “232-ci maddəsinin 3-cü hissəsində,” sözləri əlavə edilsin;

3.2. yeddinci abzasın “ç” bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802; 2019, № 3, maddə 406; 2020, № 4, maddə 397) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın V bölməsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 9-cu hissənin “Tədbirin adı” sütununda “Gənc əlillərin” sözləri “Əlilliyi olan gənclərin” sözləri ilə və “zamanı əlil olanların” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilənlərin” sözləri ilə əvəz edilsin;

4.2. 10-cu hissənin “Tədbirin adı” sütununda “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 760; 2003, № 9, maddə 479; 2005, № 1, maddə 15; 2011, № 3, maddə 180; 2016, № 2 (II kitab), maddə 227) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasdan “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinin birinci hissəsində və 43-cü maddəsinin yeddinci hissəsində,” sözləri və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində,” sözləri çıxarılsın;

5.2. üçüncü abzasdan “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində, 40-cı maddəsinin birinci hissəsində və 42-ci maddəsinin üçüncü hissəsində,” sözləri və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

5.3. dördüncü abzas ləğv edilsin.

6. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627; 2017, № 5, maddə 770, 2018, № 2, maddə 207; 2019, № 5, maddə 847) 2.1-ci bəndində “əlil uşaqlarına” sözləri “əlilliyi olan övladlarına” sözləri ilə əvəz edilsin.

7. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli 595 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 357; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2020-ci il.

SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46