Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

30 iyul 2020, 16:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.23-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.24-cü yarımbənd əlavə edilsin:

“5.1.24. kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar.”;

1.2. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 13-cü abzas əlavə edilsin:

“13. kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;”;

1.3. 7.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 10-cu abzas əlavə edilsin:

“10. fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55