10:35
Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, Respublika Diaqnostika Mərkəzi dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuşdur. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen və azot qazları sistemi yaradılmışdır ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Mərkəzdə endoskopik diaqnostika şöbəsi, həmçinin cərrahiyyə və reanimasiya şöbələri yaradılmışdır. Cərrahiyyə şöbəsində alman texnologiyası ilə “ağıllı” əməliyyat otağı quraşdırılmış, onun sistem və proqram təminatı da Almaniyadan idxal olunmuşdur. Cərrahiyyə otaqlarının hamısı LED lampaları ilə işıqlandırılıb.
Burada quraşdırılmış videokameralarla telemetriya məqsədilə videoçəkiliş aparılır ki, bu da əməliyyat gedərkən ona on-layn rejimdə xaricdə baxmağa və xarici mütəxəssislərlə məsləhətləşmələr keçirməyə imkan verir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Burada müasir laparoskopik cihazların quraşdırıldığı endoskopik cərrahiyyə otağı da fəaliyyət göstərir. Reanimasiya şöbəsi isə mərkəzləşmiş monitor sistemi ilə təchiz edilibdir. Bu şöbədə xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları, defibrilyatorlar və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da vardır.
Mərkəzin mama-ginekoloji şöbəsində iki doğuş zalı, bir cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Buradakı doğuş otaqlarından birində Azərbaycanda ilk dəfə xüsusi suda doğuş vannası quraşdırılıb. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Mərkəzin stasionar şöbəsində 70-ə yaxın birnəfərlik palata yaradılıb.
İkinci mərtəbədə poliklinika yerləşir. Burada LOR otağında və audiokabinetdə eşitmə problemləri olan insanlara yüksək səviyyəli tibbi xidmət göstəriləcəkdir. Kardiologiya şöbəsi, nevrologiya və oftalmologiya kabinetləri də müasir tibbi avadanlıqla təchiz edilibdir. Poliklinika şöbəsində son diaqnostik aparatlarla təmin olunmuş ümumi terapevtik, endokrinoloji, uroloji, ginekoloji, pediatrik, cərrahi kabinetlər fəaliyyət göstərir. Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcəkdir. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütünunu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqram təchizatı ilə təmin edilib.
Bununla yanaşı, mərkəzin hər iki binasını birləşdirən vakuum poçt sistemi də yaradılıb, bütün şöbələr arasında təcili analiz və sənəd daşımaları onun vasitəsilə aparılır. Burada, həmçinin Almaniya istehsalı olan mərkəzi sterilləşdirmə sistemi də quraşdırılıbdır. Mərkəzin ikinci korpusunda Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya yerləşir. Laboratoriyada ümumi klinik, bakterioloji, PSR analizlər aparılır. Buradakı genetik laboratoriyada dölün prenatal müayinəsi həyata keçirilir ki, bu da irsi xəstəliklərin profilaktikası məqsədi ilə tibbi genetik məsləhətlər üçün önəmlidir.
Mərkəzin hər mərtəbəsində həm tibbi heyət, həm də xəstələr üçün iki yeməkxana otağı da istifadəyə verilmişdir. Səhiyyə ocağında müxtəlif tədbirlər keçirmək üçün böyük konfrans zalı da vardır.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və...
12 iyun 2025, 18:11Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı...
12 iyun 2025, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...
12 iyun 2025, 16:572023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...
12 iyun 2025, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli canab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi...
12 iyun 2025, 16:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin...
12 iyun 2025, 13:20Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə...
12 iyun 2025, 11:02Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək...
12 iyun 2025, 11:00Hörmətli iclas iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...
12 iyun 2025, 10:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,...
11 iyun 2025, 16:21