İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Nevroloji Xəstəxanası ilə tanış olmuşdur

27 dekabr 2011, 17:00
İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Nevroloji Xəstəxanası ilə tanış olmuşdur

Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk dəfə 1969-cu ildə uşaq nevroloji kursları açılmışdır. Sonradan həmin kurslar əsasında 150 çarpayılıq xəstəxana yaradılmışdır. 1980-ci ildə isə Əməkdar Elm Xadimi, professor Törə Qədirovanın təşəbbüsü və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Uşaq Nevroloji Xəstəxanası üçün 300 çarpayılıq yeni bina tikilmişdir. Xəstəxananın açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak etmişdir.

Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlətimizin başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxdılar.

Məlumat verildi ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü. Ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsinə dair Dövlət proqramlarına uyğun olaraq xəstəxananın altımərtəbəli binasında bu ilin fevralında başlanılmış əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə yerinə yetirilmişdir.

Dövlət başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış oldular. Bildirildi ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcəkdir. Birinci mərtəbədə, həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir.

Altıncı mərtəbədəki müalicə-bərpa şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada ayrıca müalicə-bədən tərbiyəsi salonu yaradılmışdır. Lazımi avadanlıqla təchiz edilən salonda uşaqlar sağlamlıqlarını bərpa edəcəklər. Burada, həmçinin psixoloq otağı, tibb bacısı kabineti, müayinə otaqları və inzibati otaqlar, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik akt zalı vardır. Masaj və fizioterapiya kabinetlərindəki avadanlıq da ən son texnologiyalara uyğundur.

Sonra dövlət başçısı və xanımı ikinci mərtəbədəki intensiv terapiya şöbəsində yaradılan şəraitlə maraqlandılar. Bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılmışdır.

Qeyd olundu ki, tibb ocağının üçüncü mərtəbəsində ümumi nevroloji, dördüncü mərtəbədə isə neyroneatoloji - yeni doğulan uşaqların patologiyası şöbəsi yerləşir. Xəstəxanada gündüz stasionar şöbəsi də fəaliyyət göstərəcəkdir.

Bütün otaqlar və palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinəsi və müalicəsi zamanı onların əyləncəsi, rahat qidalanmaları da nəzərə alınmışdır. Nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi burada yüksək səviyyədə həyata keçiriləcəkdir.

Vurğulandı ki, 80 çarpayılıq bu müasir tibb ocağında xəstələrə 65-i həkim olmaqla 250-dən çox tibbi heyət xidmət göstərəcəkdir.

Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53