Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

10 iyul 2020, 23:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044, № 12, maddə 1927) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.29-cu yarımbəndinə “hallarının” sözündən sonra “, onları yaradan səbəb və şəraitin” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55