“Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

10 iyul 2020, 23:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; 1993, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378; 1998, № 1, maddələr 15, 16; 1999, № 4, maddə 228, № 5, maddə 286; 2001, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 10, maddə 871, № 12, maddə 1093; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; 2010, № 3, maddə 171, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1333; 2015, № 10, maddə 1085; 2016, № 6, maddə 1011) 12-ci maddəsinin 2-ci hissəsinin beşinci abzasında “dövründə əlil olmuş” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367, № 11, maddə 1257, № 12, maddə 1443; 2016, № 12, maddə 1985; 2017, № 6, maddə 1047) 21-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və altıncı hissəsində “qocalar və əlillər evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddələr 282, 293; 2001, № 12, maddə 731; 2003, № 10, maddə 539; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561; 2008, № 7, maddə 602; 2016, № 11, maddə 1764; 2019, № 5, maddə 797) 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “əlil uşaqlar” sözləri “əlilliyi olan övladları” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602; 2019, № 3, maddə 379, № 5, maddə 797, № 8, maddə 1382) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci maddədə “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” sözləri ilə əvəz edilsin;

4.2. 5-ci maddənin birinci hissəsinin 1-ci bəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.3. 6-cı maddə üzrə:

4.3.1. adında “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

4.3.2. birinci hissənin 4-cü bəndində “əlillərə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri “əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

4.3.3. birinci hissənin 7-ci bəndinin ikinci cümləsində “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;

4.3.4. birinci hissənin 18-ci bəndində “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

4.4. 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 18 yaşı tamam olana qədər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə isə müddətsiz müəyyən edilir.”;

4.5. 12-ci maddənin 7-ci bəndində “II qrup əlil olmuş” sözləri “II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.6. 14-cü maddə üzrə:

4.6.1. adında “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “Əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

4.6.2. birinci hissənin birinci abzasında “əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

4.6.3. birinci hissənin ikinci, üçüncü və dördüncü abzaslarında “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

4.6.4. üçüncü hissədə “əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2008, № 7, maddə 602; 2009, № 12, maddə 946; 2011, № 2, maddə 71) 21-ci maddəsinin dördüncü hissəsindən və 23-cü maddəsinin birinci hissəsindən “və ya sağlamlıq imkanları məhdudluğunun” sözləri çıxarılsın.

Maddə 6. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 213; 1995, № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 16, № 2, maddə 66; 1999, № 5, maddə 283, № 7, maddə 395; 2001, № 12, maddə 731; 2004, № 4, maddələr 199, 202, № 7, maddə 505; 2005, № 8, maddə 684; 2006, № 4, maddə 315; 2007, № 5, maddə 401, № 11, maddə 1078; 2013, № 3, maddə 221; 2017, № 5, maddə 689, № 6, maddə 1057) 3-cü maddəsinin “Qeyd” hissəsində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2; № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336; 2015, № 5, maddə 497; 2016, № 1, maddə 37; 2017, № 1, maddə 29; 2018, № 12 (I kitab), maddə 2506) 2-ci maddəsinin birinci hissəsində “qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481; 2019, № 7, maddə 1194; Azərbaycan Respublikasının 2020-ci il 17 aprel tarixli 46-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 30-4-cü maddə üzrə:

8.1.1. birinci hissədə “əlil olması” sözləri “əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin;

8.1.2. ikinci hissənin 2-ci bəndinin birinci abzasında “qrupu təyin olunduqda” sözləri “dərəcəsi müəyyən edildikdə” sözləri ilə və həmin bəndin ikinci, üçüncü, dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin;

8.1.3. ikinci hissənin 3-cü bəndində “qrupu təyin olunmadan” sözləri “dərəcəsi müəyyən edilmədən” sözləri ilə əvəz edilsin;

8.2. 30-5-ci maddənin beşinci hissəsində hər iki halda “qrupu” sözü “dərəcəsi” sözü ilə əvəz edilsin;

8.3. 30-7-ci maddənin birinci hissəsinin 2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti.”.

Maddə 9. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 203; 2001, № 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 14; 2004, № 2, maddə 59, № 4, maddə 212; 2006, № 6, maddə 478; 2007, № 1, maddə 3; 2008, № 3, maddə 154, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2015, № 3, maddə 246, № 10, maddələr 1092, 1097; 2018, № 5, maddə 889) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 14-cü maddənin ikinci hissəsində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

9.2. 19-cu maddənin üçüncü hissəsinin ikinci cümləsində “əlil olmuş” sözləri “iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında “əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmaq” sözləri “əlilliyin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin;

10.2. 14.5.6-cı maddədə “II qrup əlillər” sözləri “II dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686; 2019, № 1, maddə 33; №11, maddə 1691) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasında “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə və həmin hissənin ikinci, üçüncü və dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin;

11.2. 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;”.

Maddə 12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895) 113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsindən “qrupu” sözü çıxarılsın.

Maddə 13. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, №11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616;2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2, maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 12-ci maddənin yeddinci hissəsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

13.2. 21-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 21. Əlilliyi olan şəxslərin tibbi yardımla təminatı

Əlilliyi olan şəxslərin tibbi yardımla təminatı bu Qanun və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

13.3. 42-ci maddənin ikinci hissəsində “tibbi-sosial ekspert komissiyasına göndərilməsi barədə qərar qəbul edilir” sözləri “əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir” sözləri ilə əvəz edilsin;

13.4. 43-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozuntuları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin səbəbinin, dərəcəsinin və müddətinin, habelə sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə olan ehtiyacının müəyyən edilməsidir.

Tibbi-sosial ekspertizanın təşkili və aparılma qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

13.5. 43-1-ci maddə ləğv edilsin.

Maddə 14. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137; 2002, № 12, maddə 701; 2003, № 8, maddə 424; 2004, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 7, maddə 602; 2013, № 7, maddə 794; 2016, № 1, maddə 20; 2017, № 6, maddə 1021; 2018, № 6, maddə 1162) 16-cı maddəsinin VII hissəsindən “və ya sağlamlıq imkanları məhdudluğunun” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50