“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13 avqust 2026, 16:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:                             

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365 (Cild I); 2024, № 4, maddə 377, № 5 (I kitab), maddə 505) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndinə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözlərindən sonra “, “İstilik təchizatı haqqında” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 11, maddə 1020; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi” üzrə:

2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz olunsun və həmin bəndə “ötürücülər,” sözündən sonra “qazı nəql edənlər, saxlayanlar,” sözləri, “təchizatçılar” sözündən sonra “, qaz satıcıları” sözləri əlavə edilsin;

2.2.2. 3.1.5-ci və 3.2.3-cü yarımbəndlərdə “elektrik və istilik enerjisi, habelə” sözləri “elektrik enerjisi, istilik və” sözləri ilə əvəz edilsin;

2.2.3. 5.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin.

3. “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 1, maddə 23, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissədə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:

3.2.1. adında “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;

3.2.2. 1-ci hissə üzrə:

3.2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;

3.2.2.2. 1.2-ci bənddə “və istilik enerjisi, habelə” sözləri “enerjisi, habelə istilik və” sözləri ilə əvəz edilsin;

3.2.2.3. 1.3.1-ci yarımbənddən “nəql edənləri (istilik enerjisinə münasibətdə),” sözləri çıxarılsın;

3.2.3. 2-ci hissə üzrə:

3.2.3.1. adında və 2.1-ci bəndin birinci abzasında “Elektrik və istilik enerjisi təchizatı sahəsində” sözləri “Elektroenergetika və istilik təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;

3.2.3.2. 2.1.1-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərinin” sözləri ilə əvəz edilsin;

3.2.3.3. 2.1.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin” sözləri “təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;

3.2.3.4. 2.2.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərində” sözləri ilə əvəz edilsin;

3.2.3.5. 2.2.3-cü yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrdə” sözləri “təchizatı subyektləri tərəfindən” sözləri ilə əvəz edilsin;

3.2.3.6. 2.2.4-cü yarımbənddən “enerjisi təchizatı” sözləri çıxarılsın;

3.2.3.7. 2.6.2-ci yarımbənddə “təchizatı müəssisələri” sözləri “enerjisinin paylayıcıları” sözləri ilə əvəz edilsin;

3.2.3.8. 2.6.6-cı yarımbənddə “enerjisinin təchizatı müəssisələri” sözləri “təchizatı subyektləri” sözləri ilə əvəz edilsin;

3.2.4. 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.1.4-cü (birinci halda) və 3.6.2-ci yarımbəndlərdə “sahəsində” sözü “sektorunda” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); 2025, № 12 (I kitab), maddə 1162; 2026, № 1, maddə 30) ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndində “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
11:29
Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illiyi münasibətilə qərara alıram:

Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palat...

16 sentyabr 2026, 11:29
SƏNƏDLƏR Müraciətlər 16 sentyabr 2026
11:28
“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəl...

16 sentyabr 2026, 11:28