“Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 iyul 2020, 15:50

Azərbaycan Respublikası xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsinə və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə mühüm önəm verir.

Ötən illərdə xarici tərəfdaşlarla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi milli iqtisadiyyatımızın şaxəli inkişafına və onun qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfə vermişdir. Xarici ölkələrlə əməkdaşlıq üzrə yaradılmış birgə komissiyaların Azərbaycan tərəfi də bu istiqamətdə görülən işlərin effektiv həyata keçirilməsinə əhəmiyyətli dəstək göstərmişdir.

Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyətinin effektiv formada təşkili və hesabatlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55