“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 103-VIQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

18 iyun 2020, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 103-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25; 2002, № 5, maddə 262, № 8, maddə 478; 2011, № 4, maddə 278; 2018, № 7 (I kitab), maddə 1469) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü abzasa “maddəsində” sözündən sonra “, 8-ci maddəsinin birinci hissəsinin on altıncı abzasında” sözləri əlavə edilsin;

2. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin on beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”;

3. ikinci–altıncı abzaslar müvafiq olaraq 2.1–2.5-ci bəndlər hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55