Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6-cı bəndə “vergi yoxlamalarına” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalara” sözləri əlavə edilsin.
2. 3.4.7-ci və 5.1.10-cu yarımbəndlərə “vergi yoxlamasının” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamaların” sözləri əlavə edilsin.
3. 3.4.18-ci yarımbəndə “vergi yoxlamaları” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2020-ci il.