“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24 aprel 2020, 15:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1517-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 50; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1208; 2017, № 1, maddə 50; 2018, № 5, maddə 903) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 14.16-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.

2. İkinci – doqquzuncu abzaslar müvafiq olaraq 2.1 – 2.8-ci bəndlər hesab edilsin.

3. 2.2-ci bənddə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.

4. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 14.16-cı maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55