İlham Əliyev əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olmuşdur

24 noyabr 2011, 12:00
İlham Əliyev əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair

Dövlət Proqramı” çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Dövlət Proqramının ölkənin dəmir yolu şəbəkəsinin hərtərəfli inkişafına təkan verdiyini bildirdi. Qeyd olundu ki, proqrama əsasən dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi və hərəkətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, o cümlədən sərnişinlərə xidmətin yaxşılaşdırılması, elektron idarəetmə sisteminin tətbiqi qarşıda duran əsas prioritetlərdəndir. Proqram çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri də dəmir yollarının maddi-texniki bazasının yaxşılaşdırılması və yüksək standartlara cavab verən avadanlıqla təchizatını uğurla həyata keçirməkdir. Yeni polad magistralların çəkilməsi, köhnə yolların yenidən qurulması, vaqon və lokomotiv parkının yenilənməsi, həmçinin yolçəkmədə və yol təmirində istifadə edilən qurğuların alınması da bu istiqamətdə atılan mühüm addımlardandır.

Bildirildi ki, Çexiya “İxrac” Bankının krediti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri uğurla davam etdirilir. Bu günədək həmin yolun 22 kilometrlik hissəsinin əsaslı təmiri başa çatdırılıb. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə görülən işləri əks etdirən stendə baxdı. Məlumat verildi ki, hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına Gürcüstan ərazisində uzunluğu 153 kilometr olan Marabda-Tetritskaro sahəsində tikinti-bərpa işləri həyata keçirilir. Axalkalaki və Türkiyə sərhədində yerləşən Kartsaxi stansiyasında işlərin 2012-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı Çexiya “İxrac” Bankı ilə imzalanan müqavilə əsasında indiyədək alınmış material və texnikanı, həmçinin dəmir yollarının tikintisində və təmirində istifadə olunan avadanlığın istehsalı, daşınması və quraşdırılmasını əks etdirən fotostendə də baxdı.

Sonra Prezident İlham Əliyevə məlumat verildi ki, istismar müddətini başa vuran kupe tipli 5 sərnişin vaqonu 2009-cu ilin fevralında əsaslı təmir üçün Slovakiyanın “Sazvrudki” zavoduna göndərilmişdi. Əsaslı təmiri iki il çəkən bu vaqonlar oktyabrın sonlarında Bakıya gətirilmişdir. Vaqonlar ekspress marşrutlarda istifadəyə uyğunlaşdırılmış, hər birində müasir havalandırma sistemi quraşdırılmışdır. Vaqonlar ekoloji qurğularla təchiz olunmuş, daxili dizaynı yenilənmiş, kreslo tipli oturacaqlarla təchiz edilmişdir. Dörd vaqon “ekonomklass” olmaqla hər biri 60, “biznesklass” vaqon isə 45 sərnişin üçün nəzərdə tutulmuşdur. Hər bir vaqon 4 televizor, içməli su, monobloklu kondisioner sistemi və soyuducu ilə təchiz olunub. Vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır.

Prezident İlham Əliyev internetə qoşulmuş kompyuter vasitəsilə “onlayn” bilet sifarişi prosesini izlədi. Bildirildi ki, bu sistem vasitəsilə həm yerli, həm də xarici marşrutlar üzrə bilet sifariş etmək və qatarların hərəkət cədvəlini izləmək mümkündür.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərnişin vaqonları ilə yanaşı, “Sazvrudki”nin Çexiyadakı filialında əsaslı təmir olunmuş ÇM-3 tipli mazutla işləyən manevr teplovozu, Dövlət proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaiti hesabına yeni alınmış MPT-4 markalı 3 kran-drezin də Bakıya gətirilmişdir. Onlardan dəmiryolçuların iş yerlərinə çatdırılmasında və yol çəkilişində istifadə olunan materialların yüklənməsində, daşınmasında istifadə olunacaqdır.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30