İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak etmişdir

18 noyabr 2011, 12:15
İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin Qəbələ limonad zavodunun açılışında iştirak etmişdir.

Dövlət başçısı zavodu işə saldı.

Məlumat verildi ki, tikintisinə bu ilin martında başlanılmış müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutacaq müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən quraşdırılmışdır. İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir.

Prezident İlham Əliyev müəssisənin istehsal prosesini izlədi.

Qeyd olundu ki, zavodda beş çeşiddə məhsul – kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanacaqdır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılacaqdır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin ediləcəkdir.

Dövlət başçısı “Gilan Holdinq”ə daxil olan Lənkəran və Qəbələ konserv zavodlarında, eləcə də yeni istifadəyə verilən Qəbələ limonad zavodunda hazırlanan məhsulların sərgisinə baxdı.

Diqqətə çatdırıldı ki, yerli və xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət almışdır. Buna görə də həmin müəssisələrdə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılmışdır. Başlıca prinsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkəmizin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. Bu, zavodlardan sifariş alan on minlərlə insanın meyvə və tərəvəz məhsullarının becərilməsinə və yetişdirilməsinə marağını daha da artırır. Bu da ölkəmizdə aqrar sahənin inkişafında mühüm rol oynayan amildir.

Dövlət başçısı müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:40
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...

15 may 2025, 11:40
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57