İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir

06 iyul 2010, 11:10
İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsmiş, binada yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verilmişdir ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilmişdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da vardır.

Dövlət başçısı tədbirdə çıxış etmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20