“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

10 dekabr 2019, 16:28

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 609 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526; 2009, № 4, maddə 226; 2010, № 12, maddə 1064; 2012, № 7, maddə 679; 2014, № 7, maddə 798; 2019, № 3, maddə 440) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

3. 2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

4. 2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55