Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

04 dekabr 2019, 15:50
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndələrimizdən biri də Xalq artisti Əlibaba Məmmədovdur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın sevimli ifaçısının evinə qonaq gəldi. Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva dedi: Salam, hörmətli Əlibaba müəllim. Çox şadam sizi görməyə.

Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.

Xalq artisti Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim, çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Təbrik edirəm. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm, həmişə, necə deyərlər, ürəyimdəsiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm.

Xalq artisti Əlibaba Məmmədov: Çox sağ olun, var olun. Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm yadımdan çıxıb. Mən də Sizi təbrik edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət, qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Amma bir şeyi də qeyd edim ki, Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.

Birinci vitse-prezident Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.

Xalq artisti Əlibaba Məmmədov: Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən Sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız.

Birinci vitse-prezident Mehriban Əliyeva: Elədir. Bu, bizim mədəni irsimizdir, Əlibaba müəllim. Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq.

Xalq artisti Əlibaba Məmmədov: Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mənim üçün böyük şərəfdir belə sözləri sizdən eşitmək. İnanın mənə, doğrudan böyük şərəfdir. Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Xalq artisti Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.

Birinci vitse-prezident Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?

Birinci vitse-prezident Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.

Xalq artisti Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeiriyyət bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40