18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1686-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.3-1-ci maddəsinə uyğun olaraq, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671, № 12, maddə 2064; 2017, № 4, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2-ci bəndə “6.3.3-cü maddəsində (birinci halda),” sözlərindən sonra “6.3.3-1-ci maddəsində (birinci halda),” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. həmin Qanunun 6.3.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il.
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00