15:05

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu demişdir. Səfər proqramının əhatəli olduğunu deyən Prezident İlham Əliyev bu səfərin Azərbaycan ilə daha yaxından tanış olmağa imkan yaradacağını bildirmişdir.
Devid Allan Harris Azərbaycanın Amerika yəhudiləri üçün çox əhəmiyyətli ölkə olduğunu vurğulayaraq demişdir ki, biz Azərbaycanın dostları kimi bu ölkənin ABŞ üçün siyasi, strateji və mədəni əhəmiyyətini dərk edirik. Bu səfər Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin ardınca reallaşır. Bu səfərlər isə ABŞ ilə Azərbaycan arasında genişlənən əlaqələrin daha bir mühüm əlamətidir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz siyasi, iqtisadi, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq qurmuşlar. Azərbaycan və Birləşmiş Ştatlar antiterror əməliyyatlarında birgə fəaliyyət göstərirlər.
Dövlət başçısı ikitərəfli münasibətlərin regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etmişdir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyindən, münaqişənin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesindən danışmışdır.
Azərbaycan Prezidenti bildirmişdir ki, əsrlər boyu azərbaycanlılar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamış, xalqlarımız arasında gözəl ünsiyyət mövcud olmuşdur. Azərbaycanda yaşayan yəhudilər ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu isə əlaqələrimizi əks etdirən ən gözəl amillərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40