İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir

04 iyul 2010, 12:10
İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir

Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir.

Dövlət başçısı ABŞ-ın dövlət katibini qarşıladı. Prezident İlham Əliyev hörmətli qonağı salamlayaraq dedi:

- Xanım katib, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, görüşümüz çox uğurlu olacaqdır. İlk növbədə mən bu gün qeyd etdiyiniz Müstəqillik günü münasibətilə sizi təbrik etmək və Amerika xalqına ən xoş arzularımı çatdırmaq istərdim.

Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi vardır. Bir daha qeyd etmək istərdim ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region üçün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir.

Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. Çünki insanlarımız bundan əziyyət çəkirlər.

Əminəm ki, biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik. Əminəm ki, onların nəticələri yaxşı olacaq və səfərinizdən sonra ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etməyə davam edəcəkdir. Bir daha xoş gəlmisiniz.

ABŞ-ın dövlət katibi Hillari Klinton təşəkkür edərək dedi:

- Çox sağ olun, cənab Prezident. Mən Bakıya, ölkənizə ilk səfərimdən məmnunluq və şərəf hissi duyuram. Xüsusilə xoş haldır ki, səfərim ölkəmizin Müstəqillik gününə təsadüf edir.

Bilirəm ki, iqtisadi və sosial inkişaf üçün möhkəm bünövrənin qurulmasında ölkəniz son 20 il ərzində çox çalışmışdır. Mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir. Fikrimcə, çox əhəmiyyətli haldır ki, bizim hərtərəfli müzakirə aparmaq imkanımız vardır.

Məni burada - Xəzər dənizinin sahilində, gözəl bir gündə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq ruhunda qəbul etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 oktyabr 2026
15:36
“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair ə...

07 oktyabr 2026, 15:36
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 oktyabr 2026
15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçili...

07 oktyabr 2026, 15:30
SƏNƏDLƏR Müraciətlər 07 oktyabr 2026
09:55
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmü...

07 oktyabr 2026, 09:55
SƏNƏDLƏR Qanunlar 06 oktyabr 2026
17:12
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...

06 oktyabr 2026, 17:12