18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1682-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:
“2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.”.
1.2. 3-cü hissənin adından “üsulu” sözü çıxarılsın;
1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddinə tətbiq olunan məhdudiyyətlər
4.1. İcmal büdcə xərclərinin bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi aşağıdakı düsturla hesablanır:
Düstur 5:
İX = İXct * (1 + İpn%)*(1 + 3%)
burada:
İXct – cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;
İpn – növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.
4.2. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin yuxarı həddi kimi qəbul edilir.
4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il.
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00