“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 iyul 2019, 17:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə:

1.1. aşağıdakı məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilsin:

“2.2.3-1. övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək;”;

1.2. aşağıdakı məzmunda 3.1.1-1– 3.1.1-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.1-1. övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək;

3.1.1-2. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək;”;

1.3. 3.1.7-ci yarımbənddən “fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək,” sözləri çıxarılsın;

1.4. 3.2.17-ci yarımbənddən “, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” üzrə:

2.1. 4.5-ci bənddə “və qeydiyyatdan çıxarılması” sözləri “, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” sözləri ilə əvəz edilsin;

2.2. 4.10-cu bəndə “təlimlər keçirilməsi” sözlərindən sonra “, monitorinq aparılması” sözləri əlavə edilsin;

2.3. 4.11-ci bəndə “təşkil edilməsi” sözlərindən sonra “, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:

“9-1. Övladlığagötürmə sahəsində xidmətlər

9-1.1. övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi

9-1.2. övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55