“Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

04 iyul 2019, 16:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulasında “digər təşkilatları” sözləri “dövlətə məxsus müəssisələri” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” üzrə:

2.1. 2.1-ci bənddə “Mərkəzi və digər icra hakimiyyəti orqanları” sözləri “Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr” sözləri ilə əvəz edilsin;

2.2. 2.5-ci bəndə “orqanlarının” sözündən sonra “və dövlətə məxsus müəssisələrin” sözləri əlavə edilsin;

2.3. 2.8-ci bəndə “orqanının” sözündən sonra “və dövlətə məxsus müəssisənin” sözləri əlavə edilsin;

2.4. 2.9-cu bənddə “icra hakimiyyəti orqanının” sözləri “mərkəzi icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55