16:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə 218) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.5-1-ci (hər iki halda) və 6.4-cü bəndlərində “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 2, maddə 218) ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.2-ci yarımbəndə “nəzərdə tutulan” sözlərindən sonra “elektron kabinet verilmiş şəxslər və” sözləri əlavə edilsin;
2.2. 6.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.1.13. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;
2.3. 6.1.14-cü yarımbəndə “mənzili” sözündən sonra “, Qaydanın 5.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
2.4. 6.1.15-ci yarımbənddə “müraciətedənin” sözü “istifadəçinin” sözü ilə əvəz edilsin;
2.5. 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
2.6. 8.0.1-ci yarımbənd üzrə:
2.6.1. 1-ci abzasda “kabinet yaratmaq” sözü “kabinetdən istifadə etmək” sözləri ilə əvəz edilsin;
2.6.2. 3-cü abzasda “4.3.1–4.3.9-cu” sözləri “4.3.1–4.3.10-cu” sözləri ilə əvəz edilsin;
2.6.3. 6-cı abzas aşağıdakı redaksiyada verilsin:
“6. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;
2.7. 8.0.2-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:
“1. Qaydada nəzərdə tutulan bildirişləri istifadəçinin elektron kabinetində yerləşdirmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
30 aprel 2025, 11:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...
29 aprel 2025, 16:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...
29 aprel 2025, 16:07