19:56

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12, maddələr 2541, 2566, 2573, 2610; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 462 nömrəli və 16 yanvar tarixli 478 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.1-ci bənddə “538.1.6” rəqəmləri “538-1.6” rəqəmləri ilə, 4.41-1-ci bənddə “538.1.6-cı” sözləri “538-1.6-cı” sözləri ilə əvəz edilsin;
1.2. 5.1-ci bəndə “212.1” rəqəmlərindən sonra “, 212.4” rəqəmləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:
“5.7-1. həmin Məcəllənin 212.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12, maddələr 2556, 2597; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 492 nömrəli və 4 fevral tarixli 514 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.5-ci və 2.9-cu bəndlərinə “212.1” rəqəmlərindən sonra “, 212.4” rəqəmləri və “başlanıldıqda Məcəllənin” sözlərindən sonra “212.5,” rəqəmləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2019-cu il.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...
02 may 2025, 16:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53