İlham Əliyev Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olmuşdur

04 oktyabr 2011, 14:30
İlham Əliyev Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, bu ərazidə Ziya Bünyadov prospektindən Böyük Şor dairəsi istiqaməti üzrə beş yol qovşağı və ötürücüsü tikiləcəkdir. Prospektin 9 min 150 metr uzunluğunda avtomobil yolları və qovşaqlarının yenidən qurulması da nəzərdə tutulur. Yol qovşaqlarından biri Alı Mustafayev, Əbdülvahab Salamzadə, Hüseynbala Əliyev küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində - Xutor dairəsində inşa olunur. Yol qovşağında uzunluğu 620, 260, 522 metr, eni isə 22 və 10 metr olan üç tunel tikiləcəkdir. Bundan başqa, sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün uzunluğu 170 metr olan üç piyada keçidi də inşa olunacaqdır. Tikinti işlərinə bu ilin əvvəlində başlanmışdır.

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində tikilən yol qovşağının sxemi ilə tanış oldu. Məlumat verildi ki, bu yol ötürücüsünün uzunluğu 328, eni isə 28 metrdir. Tikintisinə bu ilin əvvəlində başlanılan layihənin sifarişçisi Nəqliyyat Nazirliyidir.

Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində dəmir yolu xətti üzərindən keçən yol ötürücüsünün texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, yenidən qurulacaq yolun uzunluğu 452, eni 27 metrdir. Hazırda işlərin 70 faizdən çoxunun başa çatdırıldığı yol ötürücüsündə altı hərəkət zolağı olacaqdır.

Dövlət başçısı Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində inşa edilən yol qovşağının sxeminə də baxdı. Tikintisinə bu ilin mayında başlanılan tunelin ümumi uzunluğu 610, eni 26,5, hündürlüyü isə 5,5 metrdir. Tuneldə altı hərəkət zolağı olacaqdır.

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən tunelin sxemi ilə tanış oldu. Altı hərəkət zolağının olacağı tunelin ümumi uzunluğu 800, eni 26 metrdir. Yol qovşağının tikintisi ilə yanaşı, Müzəffər Nərimanov küçəsi də yenidən qurulacaqdır.

Dövlət başçısına məlumat verildi ki, Ziya Bünyadov prospektində tikilən 5 yol qovşağında işlərin 2012-ci ilin sonunda başa çatdırılacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev yol qovşaqları və avtomobil yollarının tikintisinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42