Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
1. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 683; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2002, № 5, maddə 252; 2004, № 4, maddə 199, № 5, maddə 312; 2013, № 11, maddə 1248) ilə təsdiq edilmiş “Sərhəddə fərqlənməyə görə” medalı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddədə “qoşunlarının” sözü “mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
1.2. 3-cü maddənin yeddinci abzasında “qoşunlarına” sözü “mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. preambulanın ikinci abzasından “və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların” sözləri çıxarılsın;
2.2. 4-cü maddənin ikinci hissəsində “Daxili və sərhəd qoşunlarında” sözləri “Daxili qoşunlarda və sərhəd mühafizə orqanlarında” sözləri ilə əvəz edilsin, “qoşunların” sözündən sonra “(orqanların)” sözü əlavə edilsin;
2.3. 15-ci maddənin ikinci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növlərinin müxtəlif birləşmələrinin, eləcə də xüsusi qoşunların” sözləri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilsin;
2.4. 34-cü maddədən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri, həmçinin Sərhəd Qoşunları və Daxili Qoşunlar üzrə” sözləri çıxarılsın;
2.5. 243-cü maddənin beşinci hissəsində “Sərhəd Qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “qoşunların” sözü “orqanların (qoşunların)” sözləri ilə əvəz edilsin.
3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2, maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262) 44-cü maddəsinin birinci hissəsindən “və sərhəd qoşunlarının, habelə daxili qoşunların” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab) maddə 2207; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1344-VQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. birinci abzasda “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin;
4.2. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir;
Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmilərində (katerlərində) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələrində - kiçik miçman, miçman, baş miçman.”.
5. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297; 2017, № 12, maddə 2191) 6.2.4-cü maddəsində “Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının” sözləri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483; 2017, № 1, maddə 5) 11.2-ci maddəsindən “sərhəd qoşunlarında və daxili qoşunlarda,” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12 (I kitab), maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705; 2018, № 1, maddə 4, № 3, maddə 389) 35.5-ci maddəsinin beşinci cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.