Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

03 iyul 2026, 11:27

Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2026-cı il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55