Azərbaycan Respublikası Prezidentinin “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 539 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 25 iyul tarixli 430 nömrəli və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 fevral 2019, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; 2014, № 7, maddə 806, № 10, maddə 1174; 2017, № 2, maddə 164, № 7, maddə 1331; 2018, № 12 (I kitab), maddə 2539) 3.4-cü bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185; 2018, № 12 (I kitab), maddə 2580) 2.5-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724; 2009, № 6, maddə 419, №11, maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1027; 2017, № 7, maddə 1325) 2.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

4. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 361 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1061; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 3.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31