“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 fevral 2019, 19:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissəyə aşağıdakı məzmunda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqnalizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;”;

“2.6-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirinin altı ay müddətində müəyyənləşdirilməsini təmin etsin.”.

2. 2.2-ci bənddə “2016−2020-ci” sözləri “2019−2023-cü” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci hissələr əlavə edilsin:

“2-1. Müəyyən edilsin ki, dəmir yolu nəqliyyatında texniki istismar və hərəkətin təhlükəsizliyinə dair qaydaları (bu Fərmanın 2.1-1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmalı hallar istisna edilməklə) Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

2-2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti:

2-2.1. dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının hazırda mövcud olmalı hüdudları barədə məlumatları üç ay müddətində, bu Fərmanın 2.6-1-ci bəndinə əsasən müəyyən ediləcək qrafik təsvirin bəzi hissələrində dəyişiklik edilməsinə əsas olan hallar baş verdiyi gündən belə dəyişiklik barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2-2.2. bu Fərmanın 2-1-ci hissəsinə uyğun olaraq dəmir yolu nəqliyyatında texniki istismar və hərəkət təhlükəsizliyinin təşkili ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31