Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 fevral 2019, 19:01

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər“ sözü əlavə edilsin;

1.3. 5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin;

1.4. 5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılsın və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilsin;

1.5. 5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 20 iyun 2024
17:45
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

20 iyun 2024, 17:45
SƏNƏDLƏR Müraciətlər 19 iyun 2024
10:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına

Hörmətli toplantı iştirakçıları.

Əziz dostlar.

Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının...

19 iyun 2024, 10:04
SƏNƏDLƏR Müraciətlər 15 iyun 2024
09:30
“Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın keçirildiyi, Türk dünyasının mədəniyyət...

15 iyun 2024, 09:30
SƏNƏDLƏR Fərmanlar 14 iyun 2024
13:46
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

14 iyun 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 14 iyun 2024
13:44
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti...

14 iyun 2024, 13:44