“Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

31 yanvar 2019, 20:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12, I kitab, maddə 2221; 2018, № 7, I kitab, maddə 1392) 123.2-ci maddəsinə “maliyyə bazarlarına nəzarət orqanına” sözlərindən sonra “və ya maliyyə monitorinqi orqanına” sözləri əlavə edilsin.

Maddə 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12, I kitab, maddə 2222; 2018, № 5, maddə 893, № 7, I kitab, maddə 1395) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 19.6.4-cü maddəyə “maliyyə bazarlarına nəzarət orqanının” sözlərindən sonra “və ya maliyyə monitorinqi orqanının” sözləri əlavə edilsin.

2.2. 28.2-ci maddəyə “maliyyə bazarlarına nəzarət orqanının” sözlərindən sonra “, maliyyə monitorinqi orqanının” sözləri əlavə edilsin.

Maddə 3. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, I kitab, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, I kitab, maddə 1389) 41.2-ci maddəsinin birinci cümləsinə “kənar auditorlara” sözlərindən sonra “, maliyyə monitorinqi orqanına” sözləri əlavə edilsin.

Maddə 4. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3, maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647; 2013, № 5, maddə 465, № 6, maddə 619, № 7, maddə 793; 2014, № 4, maddə 323, № 11, maddə 1335; 2015, № 6, maddə 688; 2017, № 6, maddələr 1042, 1045, № 12, maddə 2263; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci maddənin birinci hissəsində “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin” sözləri “maliyyə monitorinqi orqanının” sözləri ilə əvəz edilsin;

4.2. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndində “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna” sözləri “maliyyə monitorinqi orqanının rəhbərinə” sözləri ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 690; 2006, № 4, maddə 316; 2007, № 10, maddə 934; 2008, № 8, maddə 699; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 5, maddə 381) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini” sözləri “maliyyə monitorinqi orqanının rəhbəri və onun müavinləri” sözləri ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12, I kitab, maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD və 1297-VQD nömrəli qanunları) 967.2-ci maddəsinin birinci cümləsində “kənar auditorlara” sözlərindən sonra “, maliyyə monitorinqi orqanına” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

+
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06