13:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.33-cü bəndində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə etməyə” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 1-ci hissəsində, 7.2-ci və 8.13-cü bəndlərində “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə, 8.14-cü bənddə isə “dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.0.6-cı yarımbənddə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı" sözləri “vahid xəzinə hesabının qalığı” sözləri ilə, həmin Qaydaya 6 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri isə “Vahid xəzinə hesabının qalığı” sözləri ilə əvəz edilsin;
2.2. 2.0.7-ci yarımbənddən və 14 nömrəli əlavənin 1.3-cü bəndindən “dövlət büdcəsinin” sözləri çıxarılsın;
2.3. həmin Qaydaya 7 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid” sözləri “Vahid” sözü ilə əvəz edilsin;
2.4. 2.0.8-ci yarımbənddə və həmin Qaydaya 8 nömrəli əlavənin adında “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1758) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın 2.2-ci bəndinin ikinci abzasında “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
13 may 2025, 16:59Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...
13 may 2025, 16:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156...
12 may 2025, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...
12 may 2025, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
12 may 2025, 15:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
12 may 2025, 15:23