Xalq rəssamı Tahir Salahova

28 noyabr 2018, 17:43

Hörmətli Tahir müəllim!

Sizi – dövrümüzün böyük sənətkarını və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq Siz uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığınızla zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazmış, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərlərinizlə Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırmısınız.

“Sərt üslub”un banilərindən biri kimi yaratdığınız sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışınız və fəlsəfi düşüncələriniz rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapmışdır. Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləriniz ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir. Heyrətamiz portret yaradıcılığınız sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır. Vətənə məhəbbət dolu silsilə lövhələr, peyzajlar və natürmortlarınızda insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olmusunuz.

Dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinizin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinizin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində böyük rolu vardır. Milli rəssamlığın gələcək inkişafı üçün gənc fırça ustalarının yetişdirilməsi sahəsində xidmətləriniz təqdirə layiqdir.

Sizin çoxşaxəli yaradıcılığınız və məhsuldar ictimai fəaliyyətiniz xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal” və 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülmüsünüz. Çoxsaylı beynəlxalq mükafatlarınız da sənətinizə göstərilən ehtiramın parlaq təzahürüdür.

Əminəm ki, mədəniyyətimizin bugünkü simasının müəyyənləşməsində və dünya incəsənətinin inkişafında özünəməxsus mövqeyə malik sənətkar və şəxsiyyət kimi Siz Azərbaycan təsviri sənətinin şöhrətini bundan sonra da yeni zirvələrə ucaldacaqsınız.

Ən xoş arzularla.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2018-ci il.

SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57