İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur

13 sentyabr 2011, 16:30
İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.

Azərbaycan Prezidentinə əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi.

Dövləе başçısı Şamaxı şəhərində yağış suları qəbul edən xəttin sxemini əks etdirən stendə baxdı. Məlumat verildi ki, uzunluğu 11 min poqonmetr olan xəttin üzərində 13 səviyyə quyusu, 191 baxış quyusu, 119 yağış barmaqlığı quraşdırılacaqdır. Xəttin orta dərinliyi 2,5 metr olacaqdır. Burada 110 min kubmetr həcmində torpaq işləri görüləcəkdir.

Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilmişdir. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurmuşdur. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunmuşdur. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetirmişlər.

Vurğulandı ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur.

Bildirildi ki, milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulmuşdur. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və “Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.

Qeyd edildi ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Şamaxı Cümə məscidində əsaslı təmir və bərpa işlərinə 2010-cu ilin martında başlanılmışdır. Baş plana əsasən, hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılmışdır. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona yetmişdir. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda obyektdə tamamlama-bəzək işləri davam etdirilir. Məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin günbəzi qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcəkdir. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar yaradılacaqdır.

Bildirildi ki, Şamaxı seysmik zonada yerləşdiyi üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı da tikiləcəkdir. Ərazidəki qədim hücrələr də bərpa olunacaq, ətrafda geniş abadlıq işləri aparılacaqdır.

Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə vəsait ayrılmışdır. Bu da memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin yenidən qurulmasına imkan verəcəkdir. Beləliklə, Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsinə çevriləcəkdir.

Prezident İlham Əliyev məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxdı, tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
12:56
Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş...

03 iyun 2025, 12:56
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45