“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

30 oktyabr 2018, 21:19

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417; 2014, № 10, maddə 1199; 2015, № 3, maddə 273, № 9, maddə 991; 2016, № 12, maddə 2065; 2017, № 5, maddə 830) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bəndə “4.6-cı” sözlərindən sonra “maddəsində, 6.1-ci maddəsinin ikinci abzasında (birinci halda), 6.1-2-ci” sözləri, “8.4-cü maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “8.6-cı maddəsində,” sözləri və “9.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “12.3-cü maddəsində,” sözləri əlavə edilsin.

2. 2.3-1-ci bənddə “8.2-ci maddəsində” sözləri “1.0.26-cı, 1.0.28-ci, 4.3-1-ci maddələrində, 6.1-ci maddəsinin ikinci abzasında (ikinci halda), 6.1-1-ci, 6.1-3-cü, 8.2-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin bəndə “14-1.2-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “14-1.6-cı,” sözləri əlavə edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 30 oktyabr 2018-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55